Tacikistanda SMS-lərə də qadağa qoyuldu
Tacikistanın mobil rabitə operatorları Düşənbə sakinləri üçün qısa mətn (SMS) xidmətini ləğv ediblər. Maide.az-ın Beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, bu haqda məlumatı mobil şirkətlərin birindən mənbə məlumat verib. Mənbənin dediyinə görə, bu qadağa oktyabır ayının 10-da günün ikinci yarısında, hakimiyyətin göstərişi ilə və müxalifət tərəfindən mitinqə hazırllıqların qarşını almaq məqsədi ilə baş tutub. " Oktyabır ayının 9-da axşam vaxtı biz sms xidmətinin söndürülməsi ilə bağlı əmr aldıq və onu icra etdik. Səbəbini bizə bildirmədilər. Qadağa nə qədər davam edəcəksə onu da blmirik" - deyə mobil şirkət nümayəndəsi bildirib. Qeyd edək ki, bundan öncə Tacikistanda bir sıra internet-provayderlər "Facebook" sosial şəbəkəsinə giriş qadağan edilib. Lakin hələlik bu qərarla bağlı heç bir rəsmi açıqlama verilməyib. Məlumata görə, Tacikistan hökuməti yanında rabitə xidməti internet-provayderlər və mobil operatorlardan "Facebook"un məhdudlaşdırılmasını tələb edib.//