Tacikistanda helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb. Qəzaya uğrayan “Mi8” helikopteri Taciksitan Sərhəd Qoşunlarına məxsusdur. İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb. Yaralılar Düşənbəyə təxliyə olunurlar. Xatırladaq ki, iyulun 28-də Rusiyadan olan 7 turistin Taciksitan ərazisində azması ilə bağlı həyəcan siqnalı verilib. Onların axtarışı davam etdirilir. /Report/