Maide.az

Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlülüyə görə cəzakən bir neçə məhbus qiyam başladıb.   Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov "RİA Novosti"yə bildirib ki, qiyam zamanı 29 məhbus və 3 nəzarətçi həlak olub.   Onun sözlərinə görə, məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib. /Trend /