Tacikistanda cəzaçəkmə müəssisəsində üsyan: 13 nəfər ölüb
Ötən gün Tacikistanın Xücənd şəhərində yerləşən cəzaçəkmə müəssisəsində baş vermiş üsyanda 13 nəfər ölüb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Xücənd şəhər rəsmiləri cəzaçəkmə müəssisəsində üsyanın baş verdiyini təsdiqləyib, lakin əlavə məlumat verməyiblər. Xücənd Suğd vilayətinin mərkəzidir, paytaxtdan 300 kilometr şimalda yerləşir.