Maide.az

Tacikistanda 5 bal gücündə zəlzələ olub

Tacikistanda Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.   Zəlzələnin episentri paytaxt Düşənbədən 160 kilometr şimal-şərqdə, Sanqvor rayonunda qeydə alınıb.   Paytaxtda yeraltı təkanlar 3 bal gücündə hiss olunub.   Təbiət hadisəsi nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir. /Trend