Maide.az

Tacikistanda 5,2 bal gücündə zəlzələ olub

Tacikistan ərazisində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Bu barədə Avropa-Aralıq Seysmoloji mərkəzi bildirib.   Məlumata əsasən, yeraltı təkanların episentri Düşənbədən 256 kilometr şərqdə, ocağı isə 47 kilometr dərinlikdə yerləşib.   Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.