Maide.az

Tacikistanda 4,4 bal gücündə zəlzələ olub

Tacikistanda 4,4 bal gücündə zəlzələ baş verib.   Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tacikistanın paytaxtı Düşənbədən 338 kilometr cənub-şərqdə, ocağı isə 232 kilometr dərinlikdə yerləşib.   Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.