Tacikistanda 2000-ə yaxın məscid bağlanılıb
Tacikistanda lazimi icazəsi olmadığı bəhanəsi ilə 1938 məscid bağlanıb. Maide.Az “islam-today”-a istinadən xəbər verir ki, Tacikistan Dİni Qurumlarla İş Üzrə Dövlət komitəsinin rəsmisi Hüseyn Şokirof məlumatı təsdiqləyib. O, bağlanan məscidlərin qeydiyyatdan keçməsi üçün vaxt verildiyini və icma rəhbərlərinin verilmiş vaxt ərzində heç bir addım atmadıqlarını qeyd edib. Məlumatda həmçinin bildirilir ki, 35 imam attestasiyadan keçə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb.