Maide.az

Tacikistanda 166 İŞİD terrorçusu barədə cinayət işi açıldı, 780 nəfər axtarışdadır

Maide.az BBC-yə istinadən xəbər verir ki, Tacikistan baş prokuroru Rahmon Yusufun sözlərinə görə, ekstremist qrupların sıralarında 1094 Tacikistan vətəndaşı döyüşür. O bildirib ki, ötən il onlardan 147-si vətənə qayıdıb və ümumilikdə 166 Tacikistan vətəndaşına qarşı terrorçulyq maddəsi ilə cinayət işi açılıb: "Hazırda 780 nəfəri barəsində axtarış elan edilib, 31 nəfər İŞİD-ə qoşulmaq məqsədilə ölkədən çıxmağa çalışarkən tutulub." Rahmon Yusufun sözlərinə görə, barələrində cinayət işi açılan və Suriyaya döyüşməyə gedənlərin hamısı ölkədə qadağan olunmuş sələfi etiqadına sitayiş edir. Suriyada və İraqda döyüşən taciklərin əksəriyyəti əmək mühacirləri qismində həmin ölkələrə gediblər.