Maide.az

Təhsil Nazirliyi valideynlərə müraciət edib

Təhsil Nazirliyi valideynlərə müraciət edib.   Maide.Az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, qurumun birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.   Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.