Maide.az

Təyyarə sərt eniş edib, 20 nəfər ölüb

Hindistanın Kojikode şəhərində (Kerala ştatı) Air India Express sərnişin təyyarəsinin sərt enişi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.   Maide.Az Modern.az-a istinadla xəbr verir ki, təyyarənin komandiri və pilot ölənlər arasında olub. Hadisə nəticəsində 140-dan çox sərnişin yaralanıb, bəziləri ağır yaralanıb.   Bundan əvvəl NDTV kanalı 17 nəfərin ölüm xəbərini vermişdi.   Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmayaraq 184 nəfər (o cümlədən 10 körpə) olub.