Maide.az

Ötən il Azərbaycanda qızılcadan 3 nəfər ölüb

2019-cu ildə Azərbaycanda 337 nəfər qızılca xəstəliyinə tutulub.     Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, xəstəliyə tutulanlardan 196 nəfəri kişi, 141 nəfəri qadındır. Onlardan 62-si 18 yaşadək, 275-i isə 18 və yuxarı yaşda olan şəxslərdir.     Ötən il qızılcadan ölənlərin sayı isə 3 nəfər olub.     Bildirilib ki, qızılca ilə xəstələnmə halları Bakı şəhəri və Abşeron rayonunda qeydə alınıb.