Maide.az

Təcili yardım maşını qəzaya uğradı, tibb işçiləri yaralandı

Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb.    Maide.Az "Report"a istinadla xəbər verir ki,hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.   Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.   Faktla bağlı araşdırma aparılır.