Tələbə dəm qazından boğularaq vəfat edib - Bakıda
Bakıda tələbə dəm qazından boğulub. APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.