Təyyarə eniş edərkən zolaqdan kənara çıxıb - VİDEO
Iranın Mahşəhr şəhər hava limanında təyyarə eniş edərkən zolaqdan kənara çıxıb. Maide.Az "Mehr" agentliyinə istinadla xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla 06.35-də qeydə alınıb. Qəzaya uğrayan təyyarənin Kaspian hava yollarına məxsus olduğu bildirilir. Tehrandan Mahşəhər istiqamətinə uçan təyyarədə texniki nasazlıq yarandığı üçün eniş zamanı zolaqdan çıxıb. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.