Maide.az

Tədqiqatlar məşhur müalicə üsulunun faydalarını təkzib edib

Əvvəlki fikirlərin əksinə olaraq, qocalıqda karbohidrat qəbulunu azaltmaq sağlamlığı yaxşılaşdırmır və ya ömrü uzatmır:      <p>   Maide.Az  "RİA novosti"ə istinadən xəbər verir ki, Almaniyadakı Maks Plank Yaşlanma Biologiya İnstitutunun alimləri tərəfindən aparılan tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlmişdir.    <p>   Araşdırmalarının nəticələri MedicalXpress portalında dərc edilmişdir.   <p>   Təcrübə zamanı alimlər gənc və yaşlı siçanları pəhrizə oturtmuşlar. Nəticədə, yetkinlik yaşından sonra 40 faiz daha az qida verilən gəmiricilərin qocalıqda daha sağlam olduğu ortaya çıxmışdı.    <p>   Lakin qoca siçanlarda kalorinin azalması baş verərsə, onların ömrü adi pəhrizlə qidalanan gəmiricilərlə müqayisədə dəyişməz qalır.     <p>   Daha əvvəl italiyalı mütəxəssislər qidalanmanın gəncliyin qorunmasında xüsusi rol oynadığı qənaətinə gəlmişdilər.    <p>     Dietoloqlar vaxtından əvvəl qocalmaq istəməyənlərə bədən kütləsinin hər 1 kiloqramına ən azı 1,1 qram protein qəbul etmək məsləhət görülür ki, bu da kifayət qədər əzələ kütləsini qorumağa imkan verir.    <p>   Bundan əlavə, süd məhsulları, həmçinin fol turşusu ilə zəngin olan göyərti və kahı yemək tövsiyə olunur.