Maide.az

Təbriz yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib

İranın Şərqi Azərbaycan əyalətində Təbriz şəhər yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.    Maide.Az İranKİV-lərinə istinadla xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla saat 15:25-də Təbrizin 10 kilometr cənub-şərqində Basmınc bölgəsində qeydə alınıb.    Zəlzələnin Urmiyada da hiss olunduğu bildirilir.    Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanların olub-olmadığı bildirilməyib.