Maide.az

Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Respublikanın avtomobil yollarında ötən gün 5 ağır yol-nəqliyyat hadisəsi baş verib.    Maide.Az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baş vermiş qəzalar  nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb.   Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.