Maide.az

Təbriz bazarında yanğın olub: 29 nəfər xəsarət alıb

Təbrizin tarixi bazarında,  "İki qapılar"  adlanan bölməsində  yanğın baş verib.    Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki,  yanğın ötən axşam başlayıb və 8 saatdan sonra  söndürülüb.    Təbriz Təcili Tibbi Yardım xidmətinin sədri  Fərzad Rəhmaninin sözlərinə görə, yanğın zamanı  29 nəfər xəsarət alıb.    Yanğında 100-dən çox mağazaya ziyan dəyib.    Bazar 2010-cu ildə UNESCO-nun dünya mirası siyahısına salınmışdır.