Təyyarəni ildırım vurdu
Kuveytə məxsus təyyarəni uçuş həyata keçirən zaman ildırım vurub. Maide.Az "jamejam" qəzetinə istinadla xəbər verir ki, Kuveytdən Livana uçan təyyarə Beyruta yaxınlaşarkən ildırım zərbəsinə məruz qalıb. İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilib. Təyyarə Beyrut hava limanında uğurla eniş edib.