Maide.az

Ötən il ərzində doğulanlar və ölənlərin sayı açıqlandı

"Ötən il ərzində ölkədə 138 min 982 körpə doğulub. Doğum üzrə əmsal isə 14.2 olub. 2018-ci il ərzində 57 min 250 nəfər dünyasını dəyişib. Ölüm üzrə əmsal isə 5.8 olub".    Maide.Az bildirir ki, məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov verib   E.Səfərovun sözlərinə görə, ölümlər üzrə əmsal 5.9-dan 5.8-ə düşüb: "Doğumlar üzrə əmsal ötən il olduğu kimi bağlanan nikahların sayına görə 14.2 əmsalında qalıb. Lakin öncəki ilin statistikası ilə müqayisədə doğumla bağlı ümumi rəqəmlərdə 3 minədək azalma qeydə alınıb".