Maide.az

Ötən il üçün terror qurbanlarının sayı açıqlandı

2018-ci ildə terror hücumları və hadisələri nəticəsində ölənlərin sayı 2017-ci il müqayisədə azalıb.   Maide.Az İQNA-a istinadla xəbər verir ki, bunu terrorizmlə bağlı araşdırmalar aparan “Jeyn Qiyamı Terrorizm Araşdırma Mərkəzi” açıqlayıb.    Jeyn Qiyamı Terrorizm Araşdırma Mərkəzinin tədqiqatları göstərib ki, 2017-ci və 2018-ci illərdə Suriyadan sonra Ukrayna, İraq, Yəmən və Əfqanıstan terror hücumları və cinayətləri nəticəsində ən çox qurban vermiş ölkələrdir.   Mərkəzin hesabatında bu da bildirilir ki , 2017-ci ildə dünyada 27 min nəfər və 2018-ci ildə isə 13 min nəfər terrorun qurbanı olub.