Maide.az

Tənbəllik və yoxsulluq

İmam Əli (ə) buyurmuşdur: إِنَّ الاَشْيَاءَ لَمَّا ازْدَوَجَتْ إِزْدَوَجَ الْكَسَلُ وَالْعَجْزُ فَنَتَجَ مِنْهُمَا الْفَقْرُ “Bütün varlıqlar cütləşdiyi gün acizliklə tənbəllik bir-birinə qarışdı və onlardan yoxsulluq adlı (bacarıqsız) bir övlad doğuldu.” (“Biharul-ənvar”, c.75, səh.59; “Tuhəful-uqul”, səh.154.) Qısa izah Hər şey zəhmət qarşılığında əldə edilir. Bu, İslamın bizlərə öyrətdiyi həqiqətlərdən biridir. Süstlük və tənbəllik, çətin hadisə və maneələr qarşısında acizlik göstərmək iman ruhu ilə bir araya sığan məsələ deyildir. Bunlar yoxsulluqdan başqa, – istər iqtisadi yoxsulluq olsun, istərsə də əxlaqi və mənəvi – digər bir şeyi doğurmayacaq. Əslində, imanlı insanlar bütün hallarda özlərinə istinad və etimad edərək ehtiyacsız olmalıdırlar. Bu cümlədə imam Əli (ə) diqqəti cəlb edən bir ifadə ilə belə buyurmuşdur: “Tənbəlliklə acizliyin birləşməsindən hasil olan səmərə yoxsulluq və bədbəxtlikdir. Hazırladı: Maide.az – Maarif bölməsi