Ötən 10 ay ərzində 106 jurnalist öldürülüb - HESABAT
BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2018-ci ilin jurnalist ölümləri hesabatını yayıb. Maide.Az “RT Arabic”ə istinadla xəbər verir ki, təşkilatın hesabatında bildirilir ki, 2018-ci ildə jurnalistlərə qarşı cinayətlərin sayı artıb və ötən 10 ay ərzində peşə borcunu yerinə yetirən zaman öldürülən jurnalistlərin sayı 106 nəfər təşkil edir. Əfqanıstanda 17, Mekzikada 15 və Yəməndə 8 jurnalist öldürülüb. Bu ölkələr mətbuat işçiləri üçün ən təhlükəli ölkələr hesab olunur. Qeyd edək ki, “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatının ötən ilki hesabatında bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub. “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı isə 2017-ci il üçün bu rəqəmin 65 olduğunu açıqlamışdı.