Maide.az

Ötən il Əfqanıstanda 3400 dinc sakin öldürülüb

Əfqanıstanda silahlı münaqişələr və terror fəaliyyətləri nəticəsində ölən və xəsarət alan dinc sakinlərin sayı 2017-cı ildə təqribən 10 400 nəfər təşkil edib.   Maide.Az Sputniknews-a istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Əfqanıstandakı missiyasının (UNAMA) yeni hesabatında qeyd olunub.   Ümumilikdə, ötən il Əfqanıstanda silahlı münaqişələrin qurbanlarının sayı 10453 nəfər olub: onlardan 3438-i həlak olub, 7015-i yaralanıb.   Qeyd edək ki, 2016-cı ilin hesabatına nisbətən 2017-ci ildə öldürülənlərin sayı 9 fazi azalıb.