Maide.az

Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalıb

“2017 - 2018-ci tədris ili üçün I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında müsbət dinamika müşahidə olunub. Bu tədris ili üçün I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib”.     Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, bu, Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında əksini tapıb.   Hesabatda deyilir ki, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb:   “Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb”.