Maide.az

Təl-Əvivin cənubunda baş vermiş partlayış zamanı 4 nəfər ölüb

Fələstinin işğal olunmuş ərazisində Yaffa şəhərində (Təl-Əvivin cənubunda) baş vermiş partlayış zamanı 4 nəfər ölüb.   Maide.Az xəbər verir ki, bu barədə yerli "Haaretz" nəşri məlumat yayıb.   Hadisə zamanı daha 6 nəfərin xəsarət aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.   Polisdən bildirilib ki, hadisə hər hansı cinayət işi ilə bağlı deyil. Hüquq-mühafizə orqanları təhqiqatın ilkin mərhələsinə başlayıblar.