Ötən 24 saat ərzində 8 Bəhreynli həbs olunub
Ali Xəlifə rejim qüvələri ötən 24 saat ərzində Bəhreynin müxtəlif bölgələrində əhaliyə qarşı represiyaların davamında daha 8 nəfəri həbs edib. Maide.Az “bahrainmirror” saytına istinadən xəbər verir ki, Ali Xəlifə rejim qüvvələri Bəhreynin müxtəlif bölgələrində insanların evinə hücum edib və onları həbs edib. Məlumata əsasən saxlanılan şəxslərdən ikisi az yaşlı uşaqdır.