Maide.az

Təzyiqin qalxmasının ƏSAS 10 SƏBƏBİ

Tibbi statistika göstərir ki, dünyada insanların 40% yüksək təzyiqdən əziyyət çəkir.   Maide.İnfo saglamolunaz-a istinadən xəbər verir ki, yüksək təzyiq çox təhlükəli haldır. Uzun müddət ərzində mövcud olan yüksək təzyiq ciddi pozulmalara (ürək-damar, böyrək xəstəlikləri, korluq, infarkt, insult) səbəb ola bilər.   Təzyiqin qalxmasının əsas səbəbləri arasında: - Xroniki stress. Stress zamanı orqanizmdə stress-hormonların səviyyəsi artır ki, bu da ilk növbədə ürək və damarlara "vurur". - İrsiyyət. - Böyrək xəstəlikləri. Böyrəklərimiz arterial təzyiqin tənzimlənməsində əsas rol oynayır. Bu səbəbdən böyrək xəstəlikləri təzyiqin qalxmasına səbəb olur. - Boyun osteoxondrozu. Bu pozulma zamanı boyun damarları sıxılır ki, bu da təzyiqin qalxmasına səbəb olur. - Qidalanmada şəkərin çox olması. Şəkər damarlarda iltihabın inkişafına səbəb olur ki, iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar daralır, ateroskleroz inkişaf edir. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir. - Qidalanmada duzun həddindən çox olması. Duz orqanizmdə mayenin yığılmasına səbəb olur. Artıq maye ürək və damarları yükləyir, onlarda pozulmaların riskini artırır. - Spirtli içkilərdən sui-istifadə. Spirtli içkilər də damarlarda iltihab yaradır. - Azhərəkətli həyat tərzi. - Artıq çəki. Artıq çəki də ürək və damarlar üçün çox təhlükəlidir. - Siqaret çəkmək. Bu damarların daim sıxılmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur. /