Maide.az

Təxminən 650 Özbəkistan vətəndaşı Ramazan ayında ümrə ziyarəti edəcək

Özbəkistandan olan təxminən 650 zəvvar Ramazan mövsümü ərzində Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yollanacaq.   Bu barədə Özbəkistan Nazirlər Kabineti yanında din işləri üzrə komitənin mətbuat xidməti məlumat verib.   “Ümrə-2017” Ramazan mövsümü  2017-ci il iyunun 13-29-da davam edəcək.   Zəvvarları müqəddəs yerlərdə tərkibində  həkimlərin və aşpazların da olacağı işçi qrup müşayiət edəcək. (salamnews) /