Maide.az

Ötən il 50-dən çox işçi Mərkəzi Bankı tərk edib

2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçi heyətinin sayı azalıb.   AMB-nin "PricewaterhouseCoopers" şirkəti tərəfindən aparılan audit hesabatında 31 dekabr 2016-cı il tarixinə bankın 594 işçisi olub.   Hesabatda deyilir ki, 2015-ci ildə tənzimləyicinin 646 nəfər işçisi var idi. Beləliklə, ötən il ərzində 52 nəfər AMB ilə yollarını ayırıb.   Qeyd edək ki, Azərbaycan ərazisində AMB-nin 6 ərazi idarəsi fəaliyyət göstərib. (apa) /