Ötən gecə İsveçdə İmam Əli (ə) məscidi yandırılıb – FOTO
Ötən gecə naməlum şəxslər İsveçdə İmam Əli (ə) adına olan mərkəz və məsciddə yanğın törədiblər. Maide.info "thelocal" istinadən xəbər verir ki, Şimali Stockholm şəhərinin Jacob Zbergin şiələrin ən böyük İslami Mərkəzində baş vermiş yanğın mərkəzə ciddi ziyan vurub. Polis yanğının qəsdən törədildiyini bildirib. Yanğın yerli vaxtla saat 23:00-da başlayıb. Yanğını bir neçə saatdan sonra yerli vaxtla saat 03:00 radələrində yanğınsöndürənlərin səyi nəticəsində söndürmək mümkin olub. Məsciddə yanğından öncə İmam Hüsyen (ə), Həzrət Abbas (ə) və İmam Səccad (ə) mövlud günü münasibətilə bayram şənliyi keçirilib. Yanğın zamanı bir neçə nəfər məscidin içərisində olub. Polis araşdırmalara başlayıb.