Təcili yardım: 4 qadın qarda yıxılaraq xəsarət alıb
Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində 4 nəfər yıxılaraq xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, xəsarət alanların hamısı qadındır. Onlardan 1-i kəllə beyin və aşağı ətrafların zədəsi ilə Klinik Tibbi Mərkəzə, qalan 3 nəfər isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. /