Maide.az

Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb - DSK

Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 2,9 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,5 faiz bahalaşıb.   Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının qiymətləri 5,0 faiz bahalaşıb. Balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.