Təzyiqlər nigeriyalı şiələrin əzadarlıq etməsinə mane ola bilmədi - FOTO
Nigeriyalı şiələri hakimiyyətin ciddi təzyiq və təqiblərinə baxmayaraq, qanlı Kərbəla hadisəsini qeyd etmək və əza saxlamaq üçün küçə və xiyabanlarda, məscidlərdə və hüseyniyyələrdə Məhərrəm ayını böyük izdihamla qeyd edirlər. Maide.Az xəbər verir ki, mərasimlər Aşura gününə qədər davam edəcək. Abuca,Kano, Kaduna, Zarya bölgəsində keçirlən məclislərdə müsəlmanların Aşura şüarlarını səsləndiriblər. Xətiblər Aşura qiyamının fəlsəfəsindən moizələr ediblər. Mərasimlərdə həmçinin Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin azadlığa buraxılması üçün də dualar edilib.