Maide.az

Təbrizli sənətkarlar tərəfindən 6 ilə toxunmuş xalça Quran

Təbrizlilər tərəfindən bütün Quranın xalça formasında toxunması tarixə düşüb.   Bu möhtəşəm və qiymətli əsər 2011-ci ildə 6 il intensiv zəhmətdən sonra başa gəlib. Bütün vərəqləri əllə toxunmuş bu Quranın ərsəyə gəlməsi üçün 6 il zəhmət tələb olunub.   Bu sənət əsərində Quranın bütün 30 cüzü və bütün surələri yer alıb və ümumilikdə 76 vərəqdə ərsəyə gətirilib.   Bu qiymətli toxunmuş Quranda 62 milyon ilmə vurulub və ayələrin hamısı da rahatlıqla oxunur.   O zaman toxunmuş Quranın açılışında iştirak edən Ali Rəhbər Ayətullah Xamenei təbrizli sənətkarlara dərin minnətdarlığını bildirərək, əsərin yerinin yalnız Məşhəddə İmam Rza muzeyi olduğunu demişdi. (islaminsesi) /