Təyyarədə doğuldu, 2 pasport və ömrünün sonuna kimi pulsuz uçuş qazandı – FOTO
Ötən gün Dubaydan Filipinə uçan təyyarədə maraqlı hadisə baş verib. Belə ki, filipinli qadın 30 min metr hündürlükdə uçan təyyarədə qız uşağı dünyaya gətirib. Maide.Az xəbər verir ki, Britaniyanın “Daily Mail” qəzeti yazır ki, filipinli qaıdn 9 saatlıq uçuşun 5 saatı keçdikdən sonra ağrılar hiss edib. Təyyarə ekipajının yardımı ilə qız uşağı dünyaya gətirib. “Cebu Pacific” aviasiya şirkəti elan edib ki, bu qız uşağı ömrünün sonunadək bu aviaşirkətin təyyarələrindən pulsuz istifadə edə bilər. Həmçinin təyyarə Filipindən öncə Hindistanda eniş etdiyi üçün bu qız uşağına Filipin pasportu ilə yanaşı Hindistan pasportu da verilib.