Maide.az

Ötən ay manat dollara nisbətən 1,3 faiz ucuzlaşıb

İyun ayında manatın orta məzənnəsi açıqlanıb.   Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay milli valyutamızın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata, 1 avroya nisbətdə 1,70 manata, 100 Rusiya rubluna nisbətdə 2,32 manata bərabər olub.   Ötən ilin müvafiq dövrü ilə müqayisədə dolların orta məzənnəsi 44,76%, avronun 44,07%, rublun isə 20,8% yüksəlib.   May ayı ilə müqayisədə isə iyunda dolların orta məzənnəsi 1,33%, rublun isə 1,75% möhkəmlənib. Mayla müqayisədə avronun orta məzənnəsi iyunda dəyişməyib.   Manatın ikinci dəfə devalvasiyaya uğradığı 2015-ci ilin dekabr ayında milli valyutamızın dollara nisbətdə orta məzənnəsi 1,23 manata, avroya 1,34 manata, rubla isə 1,76 manata bərabər olub. Beləliklə, həmin ayla müqayisədə dollar manata qarşı 23,58%, avro 26,86%, rubl isə 31,82% bahalaşıb. (APA)