Maide.az

Tələbə qız özünü öldürmək istədi

Bakının Nəsimi rayonunda 18 yaşlı qız intihara cəhd edib. “Report”un xəbərinə görə, Bakı şəhər sakini A.R. akademik H.Əliyev küçəsində 15 mərtəbəli binanın 14-cü mərtəbəsinə çıxaraq özünü oradan atmaq istəyib. İntihar cəhdinin qarşısı polis əməkdaşları və sakinlər tərəfindən alınıb. Qeyd edək ki, A.R. 1 saylı Tibb Kollecinin ikinci kurs tələbəsidir. Faktla bağlı araşdırma aparılır.