Maide.az

Təyyarələrdə telefon və noutbuk akkumlyatorlarının daşınması qadağan edilib

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) yeni qaydalarına əsasən, təyyarələrin baqajında litiy-ion akkumulyatorların və batareyaların daşınmasına qadağa tətbiq edilir. Bu qadağa oda dayanıqlı qablaşdırma paketi icad edilənə kimi qüvvədə qalacaq.   Reutersin məlumatına görə, qadağa 2016-cı ilaprelin 1-dən qüvvəyə minir. Qadağa fotokamera, smartfon və digər elektronik cihazlarda istifadə olunan standart akkumulyatorlara da şamil olunacaq.   Bu məlumatdan əl baqajında batareyaların daşınmasına icazə verilib-verilmədiyi aydın deyil.   Azərbaycan 1992-cı ildən Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvüdür. /