Maide.az

Təbriz İslam dünyasının turizm şəhəri elan olunub

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib. Maide.az-ın məlumatına görə, bu bardə İran mediası xəbər verib. Məlumata görə, bu haqda qərar İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri turizm nazirlərinin Nigerin paytaxtı Nyamidə keçirilən 9-cu konfransında, ekspertlərin iclasında qəbul edilib. 2017-ci il üçün isə Səudiyyə Ərəbistanın Mədinə şəhəri İslam dünyasının nümunəvi turizm şəhəri elan olunub.