Maide.az

Təcavüzçü İsrail rejimi Qəzzada 1 ildə 1000-dən çox uşağı əlil qoyub

Sionist İsrail ordusunun ötən il Qəzzaya etdiyi təcavüz zamanı 100-dən çox insan ömürlük əlil qalıb. Maide.az xəbər verir ki, 2014-cü ilin 7 iyulun tarixində Qəzzaya hücum edən sionist rejim əsgərləri 51 gün ərzində 2147 nəfəri öldürmüşdü. Uşaqlar Beynəlxalq Müdafiə Liqasının hazırladığı hesabata görə 51 gün ərzində ölənlərdən 578-i uşaq, 489-u qadın, 102-si isə yaşlı olub. Bundan başqa, təxminən 11 min insan yaralanıb ki, onların da 1000-dən çox ömür boyu əlil yaşamaq məcburiyyətində qalıblar. Təcavüzdən 1 il keçməsinə baxmayaraq yaralılar hələ də cəmiyyətə sosial adaptasiya ola bilmirlər. Belə ki, bir çox yaralı hələ də savaşın təsirindən çıxa bilməyib.//