Maide.az

Ötən gün 5 nəfər günvurma ilə həkimə müraciət edib

Avqustun 18-də Bakı Şəhəri Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına 1800-ə yaxın müraciət daxil olub.   Stansiyadan verilən məlumata görə, 5 nəfər günvurma ilə bağlı müraciət edib. Onlardan 2-si xəstəxanaya yerləşdirilib.   2 nəfəri həşarat sancıb. Onlar da xəstəxanaya yerləşdirilib.   Ötən gün suda boğulma hadisəsi baş verməyib.