Maide.az

İsveçrədə ildırım futbolçuları vurdu

İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib.   Bu barədə Sankt-Qallen polisi bildirib.   "Hazırda məlum olan informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı”, - polis bildirib.   Xəstəxanalara hadisə nəticəsində iki komandadan xəsarət almış 14 gənc çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.   Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb. /RİA Novosti/