Maide.az

İsveçrədə 43 il öncə tapılan mumya nazirin ulu nənəsi çıxdı

1975-ci ildə İsveçrənin Bazel şəhərində Barfüsser kilsəsindən tapılan  qadın mumyasının kimə aid olması ilə bağlı aparılan araşdırmalar yekunlaşıb.   Maide.Az BBC-yə istinadən xəbər verir ki, mumyanın sağ ayağındakı baş baş barmağından nümunə götürmək mümkün olub.   DNT analizi nəticəsində mumyanın 99.8 faiz Anna Katarina Bişofa məxsus olduğu dəqiqləşib. O, 1719-1787-ci illərdə Bazeldə yaşayıb.   Maraqlısı budur ki, Bişof İngiltərənin Xarici İşlər naziri Boris Consonun 8-ci nəsildən nənəsidir. Bu isə 256-da 1 faiz genlərinin ondan gəldiyi deməkdir.   Qeyd edək ki, B.Conson Osmanlı İmperiyasının sonuncu Daxili İşlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur.