İsveçrədə müsəlmanlara məxsus 22 məzar dağıdılıb
Polis İsveçrənin Lozan şəhər qəbiristanlığında müsəlmanlara məxsus 22 məzarın dağıdılmasından xəbər verib. Maide.Az xəbər verir ki, polisin bildirdiyinə görə, naməlum şəxslər ötən həftə müsəlmanlara məxsusu 22 məzarın üzərindəki gülləri və ətrafında quraşdırılan oturacaqları dağıdıb, qəbirlərin üzərində islama zidd sözlər yazıblar. ATS agentliyininin yayımladığı videoda görsənir ki, qəbirləri dağıdan şəxslər “müsəlmanlar isveçrədən getməlidir”, “qəbristanlıq kommunistlərə məxsusdur” sözləri yazıb. Polis bu kimi hərəkətləri pisləyib və Lozan şəhər sakinlərinin hadisəni törədən cinayətkarlar əleyhinə şikayət edəcəyini bildirib. Polis həmçinin elan edib ki, dağıdılmış qəbirlər təmir olunacaq.