Maide.az

İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə

"Avro-2016"da qrup mərhələsinin III turuna start verilib. Qol.az-ın məlumatına görə, A qrupunda iki oyun keçirilib. Lider Fransa yığması İsveçrə ilə qarşılaşıb.Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyırdı. Qolsuz başa çatan oyun İsveçrəni 1/8 finala yüksəldib.  "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. Keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyunda qələbə qazanıb - 1:0. Bununla da Albaniya millisi mərhələ adlamaq şansını saxlayıb. Bu, həm də Albaniyanın Avropa çempionatında ilk qələbəsi kimi əlamətdar olub. / 19 iyun A qrupu 23:00. Rumıniya - Albaniya - 0:1  Qol: Sadiku, 43 Baş hakim: Pavel Kraloveç Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya) Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan) Lion. Şəhər stadionu 23:00. İsveçrə - Fransa - 0:0  Baş hakim: Damir Skomina Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya) Dördüncü hakim: Marko Frits (Almaniya) Lill. “Pyerr-Morua” stadionu N Komandalar O Q H M T-F X 1 Fransa 3 2 1 0 3-1 7 2 İsveçrə 3 1 2 0 3-2 5 3 Albaniya 3 1 0 2 1-3 3 4 Rumıniya 3 0 1 1 2-4 1