İsveçrədən ermənilərə şok!
Cenevrənin Kanton rəhbərliyi 1915-ci il hadisələrinə bağlı erməni iddialarına dair abidənin BMT binasına bitişik ucaldılması tələbini rədd edib. Maide.az-ın məlumatına görə, "Züricher Zeitung" qəzeti yazır ki, Cenevrədəki erməni abidəsinə qarşı Türkiyənin təzyiqi öz təsirini göstərib. Erməni iddialarına dair Cenevrədə bir abidə ucaldılması müzakirəsinin yeddi ildir davam etdiyi xatırladılan xəbərdə, abidənin ucaldılması üçün ermənilər və Cenevrə bələdiyyəsinə qarşı Türkiyə və İsveçrə Xarici İşlər Nazirliyinin apardığı bildirilir. Abidənin ilk olaraq köhnə şəhər mərkəzində ucaldılması planlaşdırılıbmış, ancaq abidələrin mühafizə təşkilatının vetosundan sonra abidənin şəhər mərkəzinə ucaldılmasına maneə törədilmişdi. Son qərarın ermənilərin etirazına səbəb olacağı bildirilən xəbərdə, Türkiyənin abidənin inşasına maneə törətmək məqsədiylə bütün kanallardan istifadə etdiyi, Türk diplomatiyasının hər sahədə dövrəyə girərək, bələdiyyə, Kanton, BMT və hökumətlə əlaqə qurduğu bildirilir.