Maide.az

İsveç müsəlmanları yeni məscid tikmək istəyir

İsveç Vaxjo şəhərində müsəlmanların sayının əhəmiyyətli dərəcədə artımısını nəzərə alaraq, şəhərdə 1000 nəfərlik böyük bir məscid tikmək planlaşdırılır.   Maide.Az İQNA-a istinadən xəbər verir ki, bunu  Vaxjo şəhər məscdinin imamı İsmail  Abdullah deyib.    O bildirib ki, ilk məscid  15 il əvvəl tikilib və şəhərdə müsəlmanların sayı artıb. “Fitir və Qurban bayralarında  ibadət üçün məscidə gələn insanların sayı 2 mindən çox olur. Məscid kiçik olduğu üçün  ibadət edənlər ətraf park və küçədə namaz qılmağa məcbur olur”.    O deyib ki, yeni məscid  ənənəvi və müasir üslubda inşa ediləcək. “Məscidin inşası üçün İsveç hökumətinə müraciət olunub. Razılıq alındıqdan sonra məscidin  2025-ci ilədək tikilməsi planlaşdırılır.”