Maide.az

İsveçli qadın futbolçu müsəlmanlığı qəbul etdi - Təzyiqlərə məruz qaldı

İsveçin U19 qadın milli komandasının qapıçısı Ronya Anderssonun müsəlmanlığı qəbul etməsi bütün diqqətləri ona yönəldib.   Maide.Az NTV-yə istinadən xəbər verir ki, o, başda ailəsi olmaqla ətrafındakıların təzyiqi ilə qarşılaşdığını söyləyib:   “Mənə önyarqılı davrandılar. Nifrət tərkibli sözlər istifadə etdilər. Amma mən müsəlman olduğum üçün qürur duyuram”.   R.Andersson sözlərinə əlavə edib ki, İslamı seçdikdən sonra gözəl bir dinə keçdiyini hiss edib:   ““Qurani Kərim”də yazılanların hamısına inanıram. Allahı tanıdım və mənə kömək etdiyini hiss etdim. İslam dinində olan qaydalara riayət etməyə çalışıram”.   Qadın futbolçu Ramazan ayında orcu tutacağını da bildirib.